ƏSAS / XİDMƏTLƏR
“W & E FORWARD şirkəti yüklərin ekspedisiya edilməsi üzrə xidmətlər kompleksi göstərir. Ekspedisiya edilməsi üzrə xidmətləri yığma, təhlükəli və ya bahalı yüklərin müşayiət edilməsi zamanı sifariş etmək əhəmiyyətlidir, bu halda ekspeditor yükün göndərilməyə hazırlığına, onun nəqliyyat vasitısinə yerləşdirilməsinə, ixtisaslaşdırılmış anbarlarda saxlanmasına, limanda bir nəqliyyat növündən digərinə boşaldılıb yüklənməsinə (əgər bu zəruridirsə) nəzarət etməlidir. Belə yüklərin yerdəyişməsi və rəsmiləşdirilməsi xüsusi qaydalarla və müddəalarla tənzimlənir, öyrədilmiş və attestasiya edilmiş personalın olması tələb olunur.
Yüklərin W & E FORWARD şirkətindən limana ekspedisiya edilməsi yüklərin gömrük orqanlarında və dövlət xidmətlərində bütün rəsmiləşdirmə mərhələlərində müştəri ilə operativ informasiya mübadiləsi, həmçinin keyfiyyətli və vaxtında servisin göstərilməsi məqsədilə ekspeditorun limanın xidmətlərində və bölmələrində bilavasitə iştirakı və qarşılıqlı fəaliyyətidir